Sinxron tərcümə
1. Peşəkar tərcümənin əsas formalarından biri. Tərcüməçi tərəfindən tərcümə edilən mətnə paralel aparılan bir dildən digər dildə məlumatın şifahi tərcüməsi. 2. İlkin mətnin eşidilməsi ilə eyni vaxtda qəbul edilən və həyata keçirilən şifahi tərcümə. 3. İlkin mətnin səslənməsi ilə paralel olaraq tərcümənin mətninin tələffüzü ilə xarakterizə olunan şifahi tərcüməçinin fəaliyyət növü. Sinxron tərcümədə - eşitmə ilə sinxron tərcümə; vərəqdən sinxron tərcümə; əvvəlcədən tərcümə olunmuş mətnin sinxron oxunuşu və s. bölünür. 4. Şifahi tərcümənin qoşadilli kommunikativ nitq fəaliyyətini şifahi birdəfəlik məlumatın eyni zamanda eşitmə ilə qavranılması yolu ilə aparılmaqla, zaman çatışmazlığı və işlənib hazırlanması olduqca məhdud həcmdə həyata keçirilməsi olub, onun predmeti və məhsulu işlənib hazırlanmış nitq məlumatının semantik - məna strukturudur. 5. Eşitmə ilə (vərəqdən tərcümədən fərqli olaraq) şifahi tərcümənin növü (bütün yazılı tərcümə növlərindən başqa) olmaqla ilkin dildə (ardıcıl tərcümədən fərqli olaraq) nitq məlumatının alınması ilə eyni vaxtda tərcüməçi tərəfindən həyata keçirilən fəaliyyət. Bax: eyni zamanda peşəkar sinxron tərcümə. 6. Orijinal mətninin kabinədə tələffüzü ilə xüsusi texniki vasitələrin köməyi ilə, yaxud kabinədən kənarda astaca deyilişlə həyata keçirilən fəaliyyət. 7. İlkin mətnin eşidilməklə qəbulu əməliyyatının və tərcümənin digər dildə şifahi cəhətdən, eyni zamanda, bir vaxtda həyata keçirilməsi. Sinxron tərcümənin əsas xüsusiyyəti - onun tərcüməçinin hərəkətlərinin üzərinə qoyulan ekstremal zaman məhdudiyyəti və daim onun diqqətinin bir obyektdən digərinə qoşulması ilə bağlıdır. Sinxron tərcüməçiyə öz funksiyalarını yerinə yetirməkdə mühüm amil tərcümənin işarə ilə verilməsi üsuludur ki, bir dildən digər dilə keçmə işarə səviyyəsində həyata keçirilir və bu, ilkin dili denotatı düşünmədən gedir. Sinxron tərcüməyə öyrətmə aşağıdakı mexanizmlərin formalaşmasını nəzərdə tutur: nitqin qavrayışının sinxronizasiyası, şifahi nitqin qavrayışı zamanı danışmanın neytrallaşdırılması vərdişi və başqa obyektə qoşulma (burada şifahi tərcüməçiyə zəruri olan xarici nitqin eşidilmə mexanizmi və şifahi nitq texnikası artıq yarandığı nəzərdə tutulur). 8. Şifahi tərcümə tərcüməçi tərəfindən praktik olaraq tərcümə olunacaq mətni eşitmə ilə eyni vaxta yerinə yetirilir. Adətən, sinxron tərcümə beynəlxalq konfranslarda, yığıncaqlarda təşkil olunur ki, o zaman həm də şifahi formada məlumatın mənasının daha tez, çevik başa düşülməsi zərurəti yaranır.